Stalinin qulağını kəsməklə hədələyən sovet komandirinin aqibəti necə olub?

446 13-10-2023, 11:30 Dünya

Stalinin qulağını kəsməklə hədələyən sovet komandirinin aqibəti necə olub?

Sovet ordusunun diviziya komandiri Dmitri Şmidt çılğın xarakteri ilə tanınırdı.
1918-ci ildə könüllü olaraq Qırmızı Orduda xidmətə başlayıb. Hərbi şücaətlərinə görə iki dəfə Qırmızı Bayraq ordeni ilə təltif edilib və məsul komandan vəzifələrində çalışıb.
Bir dəfə bolşevik qurultayından sonra diviziya komandiri Stalinə yaxınlaşaraq onu söyməyə başlayıb. Daha sonra onun qulağına pıçıldıyıb: "Bir gün sənin qulaqlarını kəsəcəyəm!"
Stalin təhqirlərə səssizcə qulaq asaraq heç nə deməyib, Iakin bu hadisə SSRİ rəhbərinin yadından çıxmayıb.
1936-cı ilin iyulunda Şmidt həbs edilib. 11 aylıq məhbəs həyatı və işgəncələrdən sonra diviziya komandiri terror və əksinqilabi fəaliyyətinə görə məhkəməsiz güllələnib.

Altv1.info.az

XƏBƏR LENTİ