“ABŞ-də ziyasi zorakılıq pik həddədir

342 11-08-2023, 15:11 Dünya

“ABŞ-də ziyasi zorakılıq pik həddədir

“Qütbləşmiş ABŞ-də siyasi zorakılıq 1970-ci illərdən bəri ən pis həddə çatıb”.
Altv1.info.az xəbər verir ki, bu barədə “Reuters”də dərc olunan məqalədə qeyd edilir.
Məlumat görə, 1970-ci illərdən fərqli olaraq, bugünkü siyasi zorakılığın böyük hissəsi mülkiyyətə yox, insanlara yönəlib. Hər il nə qədər amerikalının siyasi zorakılıqdan öldüyü barədə isə rəsmi məlumat yoxdur.
2021-ci il yanvarın 6-da ABŞ Kapitoluna hücumdan sonra “Reuters” 213 siyasi zorakılıq hadisəsi müəyyən edib. Bu halların üçdə ikisi fiziki hücumlar, digər üçdə biri isə əsasən maddi ziyanla bağlıdır. Törədilən 76 fərdi zorakılıq aktından 18-i ölümlə nəticələnib.
Bildirilib ki, 2016-cı ildə yenidən yüksəlməyə başlayan siyasi zorakılıq hələ “dalğanın zirvəsinə çatmış” kimi görünmür.

XƏBƏR LENTİ