Polis tərəfindən saxlanıldı: Keçmiş sevgilinə...

214 14-09-2023, 10:00 Dünya

Polis tərəfindən saxlanıldı: Keçmiş sevgilinə...

Türkiyənin Bursa şəhərində keçmiş sevgilisi tərəfindən döyülərək, ölümlə hədələnən Sibəl Qəhrəman adlı qadın məhkəməyə müraciət edib.
Altv1.info.az xarici mediaya istinadən xəbər verir ki, Sibəl Qəhrəmanın keçmiş sevgilisi gizləndiyi evdə polis tərəfindən saxlanılıb.
Sibəl Qəhrəman sevgilisi ilə 2013-cü ildə tanış olub. İkisi uzun müddət sevgili olublar. Lakin keçən il görüşməmək qararına gəliblər. Bundan sonra isə keçmiş sevgilisi Sibəl Qəhrəmanın evinə və iş yerinə gedərək onu narahat etməyə başlayıb. Sonuncu dəfə dostu ilə əyləncə mərkəzinə gedən S.Qəhrəman sentyabrın 11-i saat 04:00 radələrində onu izləyən İ.Ş.-nin hücumuna məruz qalıb. O, xəstəxanaya aparılıb. Üzündə göyərmə izləri olan və burnu sınan qadın polisə müraciət edərək, keçmiş sevgilisindən şikayətçi olub.

Altv1.info.az

XƏBƏR LENTİ