Nəsimi rayonunda qanunsuzluqlar davam edir – Ağaclar kəsildi...

21 5-04-2025, 12:36 Gündəm

Nəsimi rayonunda qanunsuzluqlar davam edir – Ağaclar kəsildi...

Altv1.info.az xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən "Şəki" restoranının söküntüsünə başlanılıb. məlum oldu ki, söküntü zamanı ərazidə yerləşən iri gövdəli, sağlam və yaşıllıq üçün mühüm əhəmiyyət kəsb edən ağaclar qanunsuz şəkildə kəsilib.

Məlumatlarda bildirilir ki, söküntünün məqsədi həmin ərazidə yeni tikinti işləri aparmaqdır. Lakin bu prosesin hansı icazələr əsasında aparıldığı, aidiyyəti qurumlarla razılaşdırılıb-razılaşdırılmadığı, xüsusilə də ağacların kəsilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsinin olub-olmadığı bilinmir.

Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz nəticə vermədi. Qurumdan heç bir rəsmi açıqlama almaq mümkün olmadı. Həmçinin ərazidə fəaliyyət göstərən sahibkarlardan da məsələ ilə bağlı mövqe öyrənmək mümkün olmayıb.

Qeyd: Yaşıllıqların məhv edilməsi Ekologiya Məcəlləsinə və bir sıra digər normativ hüquqi aktlara ziddir. Şəhər mühitində yaşıllıqların qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

XƏBƏR LENTİ