Masazırda ağaclar mə*v edilərək binanın 1 mərtəbəsində obyekt açılır
Abşeron rayonu Masazır qəsəbəsində Qurtuluş yaşayış kompleksində mənzil obyektə çevrilib.
Abşeron rayonu Masazır qəsəbəsində Qurtuluş yaşayış kompleksində 6 mərtəbəli binanın 1 mərtəbəsi qanunsuz olaraq obyektə çevrilməsi üçün süni şəkildə yaşıla ağaclar betonlanıb, qapı açılıb, pilləkanlar tikilib.. Binanın 1 mərtəbəsinə mənzil əlavə giriş üçün qapı düzəldilərək pilləkənlar tikilərək qeyri-yaşayış obyektinə çevrilir. Bu hal ilk deyil, belə ki, birinci mərtəbələrdə, girişin küçəyə açıldığı mənzillər obyektə çevrilir, çünki bu daha asandır. Bu cür dəyişikliklər binanın ümumi strukturuna zərər verir.
Abşeron rayon icra hakimiyyətinə sorğu göndərilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bu məsələ ilə bağlı heç bir açıqlama almaq mümkün olmadı.
Qurumların mövqeyini dərc etməyə hazırıq.
Altv1.info.az