Binəqədidə qanunsuz tikinti – Rövşən Binəqədinin obyektləri Nadir şah Əfşar küçəsində yüksəlir

229 2-02-2026, 17:06 Gündəm


Binəqədi rayonunda, Nadir şah Əfşar küçəsi kəsişməsində, Nefdin mülkiyyətində olan ərazidə sahibkar Rövşən Binəqədinin qanunsuz tikintisi ictimai qəzəbə səbəb olub. Yerli sakinlərin sözlərinə görə, onlar dəfələrlə tikintinin qanunsuz olduğunu aidiyyatı qurumlara çatdırsalar da, heç bir tədbir görülməyib. Bu isə qanunların kağız üzərində qaldığını, hüquqi nəzarətin isə formal xarakter daşıdığını göstərir.



Ərazidəki obyektlər həm icazəsiz, həm də ətraf mühitə ciddi ziyan vurur. Sakinlər bildirirlər ki, tikinti prosesi zamanı yol infrastrukturu və yaşıl zonalar da pozulub, ərazidə gərginlik artıb.



Məsələ ilə maraqlanan Realxebertv.az-ın rəhbəri Gövhər Nağıyev əraziyə baxış keçirərək faktları yerində qiymətləndirib. O, bildirib ki, obyektlərin inşası açıq-aşkar qanun pozuntusudur və buna göz yumulması digər sahibkarlar üçün də pis nümunə yaradır.



Ekspertlər də vurğulayırlar ki, bu cür hallara qarşı effektiv nəzarət olmaması, qanunsuzluğun normal hal kimi qəbul edilməsinə gətirib çıxarır. “Bura nəzarət etməyənlər, eyni zamanda cəmiyyətə mesaj verir ki, qanunları pozmaq sərfəlidir”, – deyə ekspertlər bildirir.



Rəsmi qurumlar – Binəqədi Rayon İcra Hakimiyyəti və Nefdin ərazi idarəsi məsələyə hələ münasibət bildirməyib. Sakinlər isə obyektlərin dərhal dayandırılmasını və torpaq sahəsinin qanuni sahibinə qaytarılmasını tələb edirlər.



Bu hadisə bir daha göstərir ki, Binəqədidə qanunsuz tikintiyə qarşı tədbirlər formal xarakter daşıyır və hüquqi mexanizmlər səmərəli işləmədikdə, cəmiyyətin etimadı ciddi şəkildə sarsılır.


XƏBƏR LENTİ