"Taxtakörpü" su anbarında meyit tapılıb

32 17-07-2023, 13:22 Gündəm

"Taxtakörpü" su anbarında meyit tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə "Taxtakörpü" su anbarında bir nəfərin meyitinin müşahidə olunması barədə məlumat daxil olub.
Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Altv1.info.az

XƏBƏR LENTİ