Bəhruz Şirəliyevin "Zeytun Pharmaceuticals"i "Zeytun Aptek"i məhkəməyə verdi

137 28-07-2023, 12:33 Gündəm

Bəhruz Şirəliyevin "Zeytun Pharmaceuticals"i "Zeytun Aptek"i məhkəməyə verdi

"Zeytun Pharmaceuticals" MMC "Zeytun Aptek" MMC-ni məhkəməyə verib.
Altv1.info.az xəbər verir ki, MMC-lər arasında pul ödınişləri üstündə problem yaranıb.
Belə ki, məhkəmə işinin mahiyyəti Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələrdən ibarətdir.
Bildirək ki, "Zeytun Pharmaceuticals" MMC-nin sahibi BƏHRUZ ŞİRƏLİYEV ƏVƏZ OĞLUdur. MMC-nin nizamnamə kapitalı isə 2000 AZN, hquqi ünvanı isə BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, OQTAY VƏLİYEV, ev 21C-dir. Mətbuatda gedən məlumatlara görə, Bəhruz Şirəliyev "Nurgün Holding"in rəhbəri Nuru Əliyevə yaxınlığı ilə bilinir. Təsadüfi deyil ki, vaxtilə Nuru Əliyevin sponsoru olduğu "Rəvan" futbol klubunun vitse-prezidenti Bəhruz Şirəliyev olub.
"Zeytun Aptek" MMC-nin Nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi İlahə Muradova İlham qızıdır. Aptekin hüquqi ünvanı BALAKƏN RAYONU, TALALAR kəndidir.


Altv1.info.az

XƏBƏR LENTİ