Dənizdə batmaq təhlükəsi olan 2 nəfər xilas edildi

17 29-07-2023, 11:45 Gündəm

Dənizdə batmaq təhlükəsi olan 2 nəfər xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti "Astara" sularda xilasetmə məntəqəsinin ərazisində xidmət aparan xilasedicilər 2 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşdiyini müşahidə ediblər.
Bu barədə Altv1.info.az-a FHN-dən bildirilib.
Xilasetmə əməliyyatına başlayan xilasedicilər tərəfindən dənizdə batma təhlükəsində olan 2002-ci il təvəllüdlü Haqverdiyev Şükür Ramil oğlu və 2006-cı il təvəllüdlü Əliyev Seymur İlkin oğlu xilas ediliblər.


Altv1.info.az

XƏBƏR LENTİ