
Göygöl Azərbaycanın qərbində, dağətəyi ərazidə, Kiçik Qafqaz sıra dağlarının ətəyində yerləşir. Göygöl rayonunun tərkibinə bir şəhər, 6 qəsəbə, 38 kənd daxildir. Rayonun ən yüksək zirvəsi Murovdağ silsiləsində 3 min 724 metr hündürlüyə malik Gamışdağdır. Rayon ərazisində 15 min 802 hektar meşə sahəsi və Kəpəz dağı olmaqla Göygöl, Maralgöl, Qaragöl, Ördəkgöl, Zəligöl, Ağgöl, Aynagöl, Şamlıqgöl, eləcə də digər xırda göllər var. Quşqara, Gəncə və Kürək çayları Göygöl rayonunun ərazisindən keçir.
Son zamanlar rayonda turizm sahəsinin inkişafının daha da sürətləndirilməsi,qədim tarixi və Alman irsinə olan toleqant münasibətləri nümayiş etdirmək məqsədilə mütəmadi olaraq silsilə tədbirlər həyata keçirilir.Göygöl rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin səyi nəticəsində Göygöl rayonu öz iqtisadi inkişaf mərhələsinə çatmışfır.Və yeni-yeni nailiyyətlər əldə edilməkdədir.Tələbkar, qayğıkeş bir rəhbər kimi dövlətə,dövlətçiliyə,xalqa,millətə, Ulu öndər Heydər Əliyev ,onun siyasi kursuna sədaqətlə,fəxarətlə xidmət edən, Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tövsiyyələrini rəhbər tutaraq öz vəzifə borcunu vicdanla yerinə yetirir.
Rayon əhalisi arasında səyyari görüşlər keçirir,vətəndaşların mütəmadi qaəbulunu təşkil edir,onları diqqətlə dinləyir və aidiyyatı üzrə tapşırıqlar verir.Peşəkar, prinsipial, iş bacarığına malik olan təcrübəli,qayğıkeş və həm də rayon əhalisi arasında reputasiyası hər zaman yüksək olan dəyərli bir rəhbər kimi Göygöl rayonunun abadlaşdırılması istiqamətində ən zəruri tədbirləri həyata keçirir.
O,daim şəhid ailələrinə,qazilərə və onların ailələrinə diqqət və qayğı göstərərək onlarla mütəmadi əlaqələr qurur.Respublikamızın hər bir yerində olduğu kimi 2023-cü il-Heydər Əliyev ili Göygöl rayonunda təmtəraqla qeyd edilir.Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının tapşırıqlarını, tövsiyyələrini daim diqqət mərkəzində saxlayan Elvin Paşayev bu çətin,məsuliyyətli və şərəfli vəzifəni layiqincə yerinə yütirərək xalqın xidmətində dayanır.Şəhid və qazi ailələrinin qayğısını saxlayan bir insan kimi goz önündədir.
Biz də bu yolda cənab başçıya uğurlar diləyir, gələcək işlərində yeni-yeni nailiyyətlər diləyirik