Ağsuda yük maşını aşdı, ölən var

2 325 30-10-2023, 12:30 Hadisə / Kriminal

Ağsuda yük maşını aşdı, ölən var

Ağsuda ağır yol qəzası baş verib.
Altv1.info.az DİN-in mətbuat xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, oktyabrın 30-u gecə saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonunun Kalva kəndi ərazisindən keçən hissəsində “Forland” markalı yük avtomobili aşıb. Belə ki, sürücü 1985-ci il təvəllüdlü Məmmədov Anar Bəxtiyar oğlunun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb. Sürücü A.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

Altv1.info.az

XƏBƏR LENTİ