Bakıda inşaat materialları bazarındakı yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

447 23-11-2023, 10:00 Hadisə

Bakıda inşaat materialları bazarındakı yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın məhdudlaşdırılıb.
FHN Mətbuat xidmətindən verilən xəbərə görə, yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.



09:43
Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən yanğının söndürülməsi üçün əlavə texnika və canlı qüvvə cəlb olunub.
Altv1.info.az ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın məhdudlaşdırıb.
Qeyd edək ki, yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
09:57
Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən yanğının söndürülməsi üçün əlavə texnika və canlı qüvvə cəlb olunub.
Altv1.info.az ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, ərazidə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri fəaliyyət göstərir.
Qeyd edək ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
09.36
Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğınla mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd edilib ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub.









Altv1.info.az

XƏBƏR LENTİ