"Bravo"nun maşını qəzaya düşdü - XƏSARƏT ALANLAR VAR

25 6-06-2023, 12:56 Hadisə







Goranboyda minik maşını ilə yük maşınının toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ybbaş verib.
"Unikal"ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Lifan" markalı minik maşını "Ateko" markalı yük maşınına çırpılıb. Qəza zamanı minik maşının sürücüsü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki "Ateko" markalı yük maşını "Barovo" super marketlər şəbəkəsinə məxsusdur.
Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ