
"Neftçi" yeni transferi Aaron Olanarenin adını UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyənin "Beşiktaş" klubu ilə keçiriləcək oyunun iştirak ərizəsinə əlavə edib.
Altv1.info.az report-a istinadən xəbər verir ki, nigeriyalı futbolçunun adı üç hücumçudan biri kimi təqdim olunub.
29 yaşlı forvard bu gün "Neftçi Arena"da keçiriləcək qarşılaşmada baş məşqçi Adrian Mutunun sərəncamında olacaq.
Qeyd edək ki, "Neftçi" – "Beşiktaş" matçı saat 21:00-da başlayacaq.
Altv1.info.az