AMB-nin mütəxəssislərinin MSK və DSK-da nəzarət-təftiş xidmətində təmsil olunması ilk oxunuşda təsdiq edilib

19 6-07-2023, 13:13 İqtisadiyyat

AMB-nin mütəxəssislərinin MSK və DSK-da nəzarət-təftiş xidmətində təmsil olunması ilk oxunuşda təsdiq edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) mütəxəssislərinin Mərkəzi Seçki Komissiyasında (MSK) və dairə seçki komissiyasında (DSK) yaradılan nəzarət-təftiş xidmətində təmsil olunması ilə bağlı qanun layihəsi I oxunuşda təsdiq edilib.
Altv1.info.az-ın xəbərinə görə, söhbət Seçki Məcəlləsinə təklif olunan dəyişiklik layihəsindən gedir.
Belə ki, Məcəlləyə əsasən seçki komissiyalarına ayrılmış pul vəsaitinin təyinatı üzrə istifadəsinə, seçki fondları vəsaitinin düzgün qeydə alınmasına və istifadəsinə, pul vəsaitinin daxil olma mənbələrinə nəzarəti təmin etmək məqsədi ilə MSK-da və DSK-da nəzarət-təftiş xidmətləri yaradılır.
Nəzarət-təftiş xidmətinə aşağıdakılar daxildir:

1. nəzarət-təftiş xidmətinin rəhbəri;

2. həmin xidmətə təyin edilmiş seçki komissiyasının üzvləri, dövlət orqanlarından, AMB-dən, digər təşkilat və idarələrdən cəlb edilmiş mütəxəssislər. Göstərilən orqanlar və təşkilatlar müvafiq seçki komissiyasının sorğusu ilə seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən başlayaraq MSK-nın sərəncamına seçkilər müddətinə müvafiq mütəxəssislər göndərməlidirlər.
Məcəllənin hazırkı variantı isə belədir: Seçki komissiyalarına ayrılmış pul vəsaitinin təyinatı üzrə istifadəsinə, seçki fondları vəsaitinin düzgün qeydə alınmasına və istifadəsinə, pul vəsaitinin daxil olma mənbələrinə nəzarəti təmin etmək məqsədi ilə MSK-da və dairə seçki komissiyasında nəzarət-təftiş xidmətləri yaradılır.
Nəzarət-təftiş xidmətinə aşağıdakılar daxildir:

1. nəzarət-təftiş xidmətinin rəhbəri;

2. həmin xidmətə təyin edilmiş seçki komissiyasının üzvləri, dövlət orqanlarından, maliyyə bazarlarına nəzarət orqanından, digər təşkilat və idarələrdən cəlb edilmiş mütəxəssislər. Göstərilən orqanlar və təşkilatlar müvafiq seçki komissiyasının sorğusu ilə seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən başlayaraq MSK-nın sərəncamına seçkilər müddətinə müvafiq mütəxəssislər göndərməlidirlər.

XƏBƏR LENTİ