"Sağlam Ailə" şirkəti "Akkord"u yenidən məhkəməyə verdi

20 17-07-2023, 14:25 Kriminal

"Sağlam Ailə" şirkəti "Akkord"u yenidən məhkəməyə verdi

"Sağlam Ailə" MMC "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC ilə bağlı yenidən məhkəməyə müraciət edib.
Altv1.info.az, bu barədə şirkət Bakı Kommersiya Məhkəməsinə üz tutub.
Belə ki, "Sağlam Ailə" müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və sair öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim İlham Əhmədovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Xatırlatma: Daha əvvəl "Sağlam Ailə" MMC "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-ni eyni iddia ilə məhkəməyə vermişdi.
Qeyd: İddialara görə, Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur. Şirkətin hazırda 2 milyondan çox vergi borcu var./Pravda.az

XƏBƏR LENTİ