
İstanbulda yaşayan gənc bir qadının Isparta səfəri zamanı yaşadığı təcrübə sosial mediada geniş müzakirələrə səbəb olub.
Altv1.info.az türk mediasına istinadən xəbər verir ki, gənc qadın paylaşdığı videoda bildirib ki, Ispartada içi dolu ət yeməyi və yanında təqdim olunan xoşaf üçün cəmi 390 türk lirəsi ödəyib. Onun sözlərinə görə, yeməkdən sonra ona qəhvə də pulsuz ikram olunub.
.
Bu görüntülər qısa müddətdə sosial mediada diqqət çəkib və minlərlə baxış toplayıb. İstifadəçilər qadının bu açıqlamasını İstanbuldakı yüksək restoran qiymətləri ilə müqayisə edərək, şəhərlər arasındakı yaşam xərcləri fərqini müzakirə ediblər.
Beləcə, sadə bir nahar paylaşımı həm sosial media istifadəçilərinin marağını çəkib, həm də Ispartadakı münasib qiymətlərə diqqət yönəldib.
Altv1.info.az