İnəklər çimərlikdə dincələnlərə hücum etdi

6 879 20-09-2023, 11:00 Maraqlı

İnəklər çimərlikdə dincələnlərə hücum etdi

İngiltərədə inək sürüsü bir kişi və iki qadına hücum edib, nəticədə birinci vertolyotla xəstəxanaya aparılıb.
Altv1.info.azxəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.
Hadisə sentyabrın 16-da axşam saatlarında Şotlandiyanın Barr adasındakı Traigh Eais çimərliyində 56 yaşlı kişi və iki qadının başına gəlib. Onlar özlərini bir inək sürüsünün dırnaqları altında tapıblar.
Polis, Şotlandiya Yanğın və Xilasetmə Xidməti və Barra Sahil Mühafizəsi hadisə yerinə müdaxilə edib. Yaralının döş qəfəsindən zərbə aldığı və şok vəziyyətində olduğu qeyd edilir. O, vertolyotla Qlazqodakı Kraliça Elizabeth Universitetinin xəstəxanasına, iki qadın isə Castlebaydakı Müqəddəs Brendan xəstəxanasına aparılıb.
Xoşbəxtlikdən yaralananların hər biri artıq evə buraxılıb. Onların hamısına köməklik göstərilib, lazımi tövsiyələr verilib.
Maraqlıdır ki, bu hadisə inəyin Böyük Britaniyada ən ölümcül heyvan olduğu barədə məlumatın dərcindən az sonra baş verib. Hər il 3-4 min insan onların hücumlarının qurbanı olur. Ekspertlər bu göstəricilərin daha da artacağını proqnozlaşdırırlar.

Altv1.info.az

XƏBƏR LENTİ