Ermənistan Vaşinqtonda Azərbaycanla danışıqlar aparmağa hazır olduğunu bildirdi

375 15-11-2023, 10:30 Siyasət

Ermənistan Vaşinqtonda Azərbaycanla danışıqlar aparmağa hazır olduğunu bildirdi

“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar Vaşinqtonda baş tuta bilər”.
Altv1.info.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
"Biz sülh müqaviləsi üzərində işi başa çatdırmaq və mümkünsə, ilin sonuna qədər onu imzalamaq üçün danışıqları davam etdirməyə hazırıq. Vaşinqtonda danışıqlar aparmaq üçün müxtəlif səviyyələrdə imkanlar var. Ermənistan buna hazırdır və ümid edir ki, belə bir görüş baş tutacaq”, - Qriqoryan bildirib.

Altv1.info.az

XƏBƏR LENTİ