“İlin sonundan daha tez razılığa gəlmək mümkündür”

15 23-06-2023, 13:39 Siyasət

“İlin sonundan daha tez razılığa gəlmək mümkündür”

“Azərbaycan Konstitusiyası və ölkənin iştirakçısı olduğu bir sıra beynəlxalq konvensiyalar Qarabağın erməni sakinlərinin hüquqlarını təmin etmək üçün bütün lazımi şəraiti təmin edir”.
Altv1.info.az xəbər verir ki, bunu Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov “Reuters” agentliyinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Qarabağda yaşayan etnik ermənilər digər etnik və dini azlıqlar kimi Azərbaycan cəmiyyətinə və dövlət strukturlarına inteqrasiya edərlərsə, öz dillərindən istifadə edə, bu dildə təhsil ala və öz mədəniyyətlərini qoruyub saxlaya bilərlər.
Nazir, həmçinin iki ölkə arasında aparılan sülh danışıqlarına toxunub və bu məsələdə irəliləyişlərin olduğunu vurğulayıb. O bildirib ki, Ermənistan müəyyən addımlar atmağa hazır olsa, sülh sazişi əlçatandır: “Ermənistanın təkcə bəyanatlar vermək deyil, həm də praktiki addımlar atmaq iradəsi olarsa, düşünürəm ki, ilin sonundan daha tez razılığa gəlmək mümkündür. Lakin əgər Ermənistan real olaraq hazır deyilsə, bu daha sonra ola bilər”.

XƏBƏR LENTİ