İrəvan sakini: "Bakını ermənilər yaratdı"

1 258 11-10-2023, 11:00 Sosial

İrəvan sakini: "Bakını ermənilər yaratdı"

Türkiyəli gənc səyyah, yutuber Furkan Göcet İrəvanda olub.
Altv1.info.az xəbər verir ki, gənc yutuber "İTV Yekun Xəbər"ə müsahibə zamanı türk olduğu üçün irqi-ayrı seçkiliyə məruz qaldığını bildirib. Furkan Göcet İrəvanda olarkən ermənilər ilə söhbət zamanı yalançı tarixi təfəkkürlərinin şahidi olub. Erməni vətəndaşları arasında bir nəfər gənc səyyaha tarix adı altında əsassız iddialar səsləndirib:
"Anadolunun tarixi adı Erməni yaylasıdır. Türkiyədəki bütün ixtisaslaşmalar, ilk teatr, əlifba, ilk kino və hər şey ermənilər tərəfindən yaradıldı.Türk höküməti o zamanlar erməniləri hər şeyi yaratmağa məcbur etdi".
Ermənilər biraz daha irəliyə gedərək Bakıya belə dil uzadıb: "Bakını ermənilər yaratdı. Oradakı bütün nefti və qazı ermınilər tapdı. Erməni iş adamları, mühəndislər Azərbaycanda neft emal etməyə başlayıb. Biz ermənilər siz türklərə xoşbəxtlik verdik".



Altv1.info.az

XƏBƏR LENTİ