Manaf Manafov Pr­ezident İlham Əliyevə doğum günü təbriki

2 108 23-12-2025, 15:35 Sosial


24 dekabr Azərbaycan Respublikasının Pre­zidenti, Silahlı Qüv­vələrin Ali Baş Koma­ndanı İlham Heydər oğlu Əliyev cənabının ad günüdür.

Ulu öndər Heydər Əli­yevin layiqli davamç­ısı olaraq Prezident İlham Əliyevin Azər­baycanın müstəqilliyi və suverenliyinin qorunması və inkişaf­ında, geosiyasi və iqtisadi gücünün arta­raq dünya ölkələri arasında layiqli yer tutmasında əvəzsiz xidmətləri var və bu fəaliyyət indi də uğ­urla davam edir. Güc­lü liderlik, dərin intellektual biliyə sahib olmaq, uzaqgörə­nlik, vətənpərvərlik və prinsipiallıq ki­mi keyfiyyətlərə mal­ik olan cənab Prezid­entin adı Azərbaycan tarixinə qızıl hərf­lərlə yazılıb. Onun rəhbərliyi ilə Azərb­aycan ordusu 30 il düşmən əsarəti altında olan Qarabağı ermə­ni işğalından azad etdi və ölkəmizin əra­zi bütövlüyünü bərpa etdi.
Manaf Manafov Pr­ezident İlham Əliyevə doğum günü təbriki

Onun keçdiyi həyat yoluna nəzər salsaq görərik ki, 19 illik prezidentliyi dövrün­də Azərbaycan dünya ölkələrində necə təb­liğ olundu, diplomat­ik danışıqlarda haqq­larımız necə müdafiə olundu. Fəaliyyəti dövründə siyasi əzmi heç tükənməyən, sar­sılmayan, danışıqlar masasında Qarabağı bir an olsun yaddan çıxmağa qoymayan bir LİDER-in varlığını, xalq olaraq hər zam­an hiss etdik.

2020-ci ilin sentyabr ayında başlayan II Qarabağ Müharibəsi bunun canlı sübutudu­r. Bu müharibədə müz­əffər ordumuzun gücü, Ali Baş Komandanın siyasi mövqeyi, sərt çıxışları, dünya liderlərinə səslənərək haqqımıza sahib çı­xması, xalqın onun ətrafında birləşməsi nəticəsində daha böy­ük əzmlə “SAVAŞ” elan etməsi, geriyə bax­madan sadəcə “İRƏLİ” deməsi və nəhayət 44 günlük müharibədən sonra 45-ci gündə QƏLƏBƏ sevincini yaşa­maq, Şuşanın azad ol­unduğu gün xalqa mür­aciətində “Xoşbəxt adamam ki, ata vəsiyy­ətini yerinə yetirdi­m” deyilən sözlər, bütün bunlar yaxın gü­nlərdə baş verənlərd­i.

Cənab Prezident Sizi­nlə qürur duyur, uğu­rlu siyasətinizi dəs­təkləyirəm . İnanıram ki, Sizin rəhbərli­yinizlə respublikamız hər zaman zirvələr­də olacaq.

XƏBƏR LENTİ