“İbtidai sinif müəllimlərinin 35 faizi 0-29 bal toplayıb”
“Müəllimlərin sertifikatlaşdırma imtahanları ilə bağlı proses 2027-ci ildə bitəcək”.
Altv1.info.az xəbır verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşdə bildirib.
O qeyd edib ki, 2023-cü il ərzində sertifikasiya imtahanlarında 51 və ondan yüksək bal toplayan ibtidai sinif müəllimləri 10 faiz təşkil edib:
"30-50 bal arası toplayanlar 53 faizdir. 30 faiz müəllim isə 0-29 bal arası toplayıb".