Şəhid Zöhrabın doğulduğu gündür...

9 14-08-2023, 17:00 Sosial

Şəhid Zöhrabın doğulduğu gündür...

Bu gün şəhid Zöhrab Kərimovun doğum günüdür.
Altv1.info.az xəbər verir ki, şəhidin ad günü onun boya-başa çatdığı Biləsuvar şəhərində qeyd olunub.
Rayon ictimaiyyətinin nümayəndələri şəhidin ata ocağını ziyarət edib. Onun döyüşlərdə göstərdiyi rəşadətlərindən söz açılıb.
Qeyd edək ki, ailənin yeganə oğul övladı olan Zöhrab Azad oğlu Kərimov 2003-cü ildə Biləsuvar rayonunda anadan olub. O, həqiqi hərbi xidmətinin 6-cı ayında, ötən ilin sentyabrında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olub.
Allah rəhmət eləsin!

Altv1.info.az

XƏBƏR LENTİ