“İnflyasiya artıq orta təbəqəni təsiri altına alıb”

22 12-06-2023, 11:59 Sosial

“İnflyasiya artıq orta təbəqəni təsiri altına alıb”

“İnflyasiya ilə bağlı məsələləri söz xatirinə qaldırmırıq. İnflyasiya əvvəl yoxsul təbəqəyə təsir edirdisə, indi orta təbəqəni təsiri altına alıb. Sizin inflyasiya proqnozlarınıza inanmırıq ki, Azərbaycanda göstəricilər orta dünya, inkişaf etmiş ölkələrin, MDB-nin göstəricilərindən yüksəkdir”.
Altv1.info.az xəbər verir ki, bu fikirləri deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
Deputat qeyd edib ki, uçot dərəcəsinin işləməsi inflyasiyaya təsir göstərəcəksə, bu, müsbət haldır: “Reallıq isə budur ki, Azərbaycanda bank sistemi komfort yaradıb. Banklar yüksək faizlərdən, depozitlərin faizlərindən, nağdlaşdırma zamanı komissiyalardan qazanır.
Dərinə getsək, bank sahibkara yüksək faizli kredit verməklə bankın öz pulunu dövriyyə elətdirir. 20-21%-lə kredit verən bank sahibkara qazanc üçün yalnız 4-5 %-lik yer saxlayır. Faktiki sürətdə faizlərin yüksək olması sahibkarların maaşa oturmasına gətirib çıxarır. Necə olur ki, MDB ölkələrində faiz dərəcələrini aşağı salmaq olur, biz də olmur?”

Altv1.info.az

XƏBƏR LENTİ