Emin Əmrullayev məzunları "Son zəng" münasibətilə təbrik edi

23 14-06-2023, 15:15 Sosial

Emin Əmrullayev məzunları "Son zəng" münasibətilə təbrik edi

Elm və təhsil naziri Emin Əmrullayev məzunları "Son zəng" münasibətilə təbrik edib.
Altv1.info.az xəbər verir ki, Emin Əmrullayev sosial media hesabında paylaşım edib.
"Tədris ilimizə Ağalı kənd tam orta məktəbində ilk zənglə başladıq. Ardınca isə Talış və Suqovuşan kənd tam orta məktəbləri istifadəyə verildi.
Bu gün Azərbaycanın bütün bölgələrində yerləşən ümumi təhsil müəssisələrində "Son zəng" - çalınır.
Bu əlamətdar gündə Naxçıvanda ulu öndər Heydər Əliyevin adını daşıyan məktəbdən ölkə üzrə məzun olan 98 649 şagirdimizin hər birini təbrik edir, gələcək həyatlarında uğurlar arzulayıram.
Gününüz mübarək, əziz məzunlar! " ,- deyə nazir vurğulayıb.
Qeyd edək ki, "Son zəng" Azərbaycanın ümumtəhsil məktəblərində hər il iyunun 14-də qeyd edilən bayram, məktəbin qurtardığı gündür. Son zəng SSRİ dövründə və dövlət müstəqilliyinin bərpasından sonra 2005-ci ilə qədər mayın 25-i, 2005-ci ildən 2016-cı ilə qədər isə mayın 31-də qeyd olunub.

XƏBƏR LENTİ