“Sezercik” anasına görə həbs olundu - Ağır cəza

22 21-06-2023, 09:53 Şou-biznes

“Sezercik” anasına görə həbs olundu - Ağır cəza

Türkiyənin məşhur "Sezercik" obrazını canlandıran aktyor Sezer İnanoğlu həbs edilib.
Altv1.info.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, saxta sənəd səbəbi ilə 8 il müddətinə azadlıqdan məhrum olunub.
Aktyorun anasının sözlərinə görə, oğlu ona görə saxlanılıb:
"Malikanə satarkən bizə saxta sənəd verildi. Buna görə oğlumu həbs etdilər. Mənim məhkumluq həyatım olmadığı üçün bəraət qazandım. Oğlum isə mənim sənəd işimdəki səhvimə görə həbs olundu. Özümü çox pis hiss edirəm".
Qeyd edək ki, İnanoğlu bundan əvvəl də bir neçə dəfə həbs olunub. O, silah qaçaqmalçılığı, narkotik maddə və təhdidə görə məhkumluq həyatı yaşayıb.

XƏBƏR LENTİ