Ancelina indidən utancaq qızı üçün iş tapdı

15 17-08-2023, 10:03 Şou-biznes

Ancelina indidən utancaq qızı üçün iş tapdı

Dünyaca məşhur aktrisa Ancelina Coli qızına indidən iş tapıb.
Altv1.info.az xarici KİV-ə istinadən xəbər verir ki, 48 yaşlı aktrisa Bred Pittlə evliliyindən dünyaya gələn 15 yaşlı əkizlərindən olan Vivyen Marçelin adlı qızını köməkçi kimi işə götürüb.
Vivyen, Ancelina Colinin baş rolda çəkildiyi "The Outsiders" filminin Brodvey prodüsserliyində anasının köməkçisi kimi çalışacaq.
Ancelina Coli bu mövzuda verdiyi açıqlamada qızı Vivyenin şəxsiyyətinə uyğun olaraq belə bir qərar verdiyini bildirib: "Vivyen diqqət mərkəzində olmağa deyil, yaradıcı insanları dəstəkləməyə fokuslandığı üçün mənə anamı xatırladır".
15 yaşlı qızının teatr sənətinə maraq göstərdiyini bildirən Coli bu istiqamətdə özünü təkmilləşdirmək üçün çox səy göstərdiyini əlavə edib.

Altv1.info.az

XƏBƏR LENTİ