Natəvan Babayevanın dəfn olunacağı yer bilindi

16 21-07-2023, 10:48 Cəmiyyət

Natəvan Babayevanın dəfn olunacağı yer bilindi

Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Natəvan Babayeva uzunsürən xəstəlikdən sonra iyulun 20-si vəfat edib.
Altv1.info.az-ın məlumatına görə, mərhum aparıcı bu gün Salyanda dəfn olunacaq.
Bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.
Qeyd edək ki, Natəvan Babayeva uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirdi. Onun bir neçə gün öncə müalicə üçün Türkiyəyə getmək istəyərkən hava limanında halı pisləşmiş, bu səbəbdən xəstəxanaya yerləşdirilmişdi.
Xatırladaq ki, Natəvan Babayeva AzTV-dən öncə uzun illər ANS televiziyasının aparıcısı olub

XƏBƏR LENTİ