HƏMAS-ın azad etdiyi taylandlılar öz ölkələrinə qayıdıblar

17 2-12-2023, 09:00 Dünya

HƏMAS-ın azad etdiyi taylandlılar öz ölkələrinə qayıdıblar

İsrail ilə Həmas arasında imzalanan humanitar sülh razılaşması çərçivəsində HƏMAS-ın əsir mübadiləsi razılaşması çərçivəsində sərbəst buraxdığı Taylandlılar ölkələrinə qayıdıb.
Altv1.info.az xəbər verir ki, Tayland Xarici İşlər Nazirliyindən verilən açıqlamada HƏMAS-ın azad etdiyi 23 Taylandlı məhbusdan 17-ni daşıyan təyyarənin paytaxt Banqkokdakı Suvarnabhumi Beynəlxalq Hava Limanına eniş etdiyi bildirilib.
Açıqlamada qeyd edilib ki, sərbəst buraxılan digər 6 Taylandlı həkimlər sağlamlıqlarının hələ səyahət üçün uyğun olmadığını bildirdikləri üçün geri qayıda bilməyiblər.
Həmas noyabrın 26-da da 4-ü Tailand vətəndaşı olmaqla 17 məhbusu Beynəlxalq Qızıl Xaç Təşkilatına təhvil verdiklərini açıqlayıb.

Altv1.info.az

XƏBƏR LENTİ