Çikaqoda atışma, ölən və yaralılar var

12 3-07-2023, 10:02 Dünya

Çikaqoda atışma, ölən və yaralılar var

ABŞ-nin Çikaqo şəhərində baş verən atışmada bir nəfər ölüb, üç nəfər yaralanıb.
Avtomobildə olan şəxslər yolun kənarında dayanan dörd nəfərə atəş açıblar.
Polisin bildirdiyinə görə, omba nahiyəsindən güllə yarası alan 23 yaşlı gənc ağır vəziyyətdə Çikaqo Universitetinin Tibb Mərkəzinə aparılıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq, gənc xəstəxanada keçinib. Digər üç nəfərin vəziyyəti yaxşıdır. Şəhər polisi faktla bağlı araşdırma aparır.

Altv1.info.az

XƏBƏR LENTİ