Fransada saxlanılan iğtişaşçıların sayı açıqlandı
Ötən gecə Fransada polis və jandarmlar 72 iğtişaşçını saxlayıblar.
Altv1.info.az xəbər verir ki, bu barədə BFM TV bildirib.
Onların 24-ü Paris regionunda tutulub.
Qeyd olunur ki, indiyədək iğtişaşlarda 3,5 minə yaxın insan saxlanılıb.
Xatırladaq ki, Fransada iğtişaşlar polisin tələblərini yerinə yetirməkdən imtina edən 17 yaşlı sürücünün öldürülməsindən sonra başlayıb.