Niger XİN başçısı sakinləri qiyamçılara qarşı mübarizəyə çağırdı

14 27-07-2023, 14:25 Dünya

Niger XİN başçısı sakinləri qiyamçılara qarşı mübarizəyə çağırdı

Nigerin xarici işlər və əməkdaşlıq naziri Asumi Məsudu hökumət başçısı vəzifəsini icra edən şəxs qismində ölkə sakinlərini üsyançı hərbçilərə qarşı mübarizə aparmağa çağırıb.
Altv1.info.az TASS-a istinadən xəbər verir ki, siyasətçi bu barədə tviterdə yazıb
“Hökumət başçısı vəzifəsini icra edən şəxs kimi bütün demokratları və vətənpərvərləri ölkəmiz üçün çoxlu təhlükələrlədolu bu avantüraya son qoymağa çağırıram”, - nazir qeyd edib.
O bəyan edib ki, Nigerdə zorakılıq aktına cəhd baş verir: “Digər ölkələrdə olduğu kimi, üsyançı zabitlərin bu cür zəhmətlə qazandığımız azadlıqları, demokratiyamızı və əldə etdiyimiz tərəqqini pozmaq məqsədi daşıyır. Çirkin hədəfləri olan bu avantüra Niger boyunca demokratik və mütərəqqi qüvvələrin etirazı ilə qarşılaşaraq uğursuzluğa düçar olacaq”.
Xatırladaq ki, daha əvvəl Niger hərbçiləri Prezident Məhəmməd Bazumun vəzifəsindən kənarlaşdırıldığını və respublika sərhədlərinin bağlandığını elan edib. Üsyançılar tərəfindən devrilən Niger Prezidenti Məhəmməd Bazum isə xalqın onun prezidentliyinin nailiyyətlərini qoruya biləcəyinə ümid etdiyini bildirib.

XƏBƏR LENTİ