Kürdəxanıda dörd avtomobil toqquşdu: Yaralanan və ölənlər var

709 15-10-2023, 09:00 Hadisə

Kürdəxanıda dörd avtomobil toqquşdu: Yaralanan və ölənlər var

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər yaralanıb, 2 nəfər ölüb.
Altv1.info.az xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib.
Belə ki, 4 avtomobilin toqquşması nəticəsində Cavanşir Məhəmməd oğlu Saidov və sürücü hadisə yerində ölüblər.
Hələlik naməlum kişi və 1976-ci il təvəllüdlü Könül Murad qızı Muradova ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, ölən Cavanşir Saidov Xətai Rayon Polis İdarəsinin əməkdaşıdır.
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Araz Əsgərli "Qafqazinfo"ya bildirib ki, 4 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Hadisə yerinə polis, xilasetmə və təcili tibbi yardım briqadası cəlb olunub.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Hadisənin təfərrüatları barədə əlavə məlumat olacaq.


Altv1.info.az

XƏBƏR LENTİ