6 yaşlı uşağın ifadəsi anasının cinayətə qurban getdiyini üzə çıxardı

385 25-02-2025, 18:47 Hadisə

6 yaşlı uşağın ifadəsi anasının cinayətə qurban getdiyini üzə çıxardı




Aydında baryerlərə çırpılan avtomobildə cəsədi tapılan Derya Buçanın əslində cinayətin qurbanı olduğu ortaya çıxıb.

Altv1.info.az türk mediasına istinadən xəbər verir ki, Derya Buçan, əri və 6 yaşlı oğlu avtomobildə olarkən qəza baş verib. Onların hər üçü xəstəxanaya çatdırılıb. Əri və oğlu xilas olsa da, Deryanı xilas etmək mümkün olmayıb.

Lakin polis araşdırmasında qandonduran məqamlar üzə çıxıb. Belə ki, xəstəxandakı müalicəsi bitəndən sonra evə buraxılan 6 yaşlı uşaq psixoloq müşayəti ilə ifadə verib. O ifadəsində atası ilə anasının dava etdiyini, sonra isə silah səsi eşitdiyini deyib.

Tibbi ekspertiza qadının silah yarasından öldüyünü təsdiq edib.

Geniş araşdırmalardan sonra məlum olub ki, mərhumun əri Rıdvan Buçan qətli törətdikdən sonra cinayəti gizlətmək üçün avtomobilini bilərək baryerlərə çırpıb.

O polis tərəfindən saxlanılıb. İstintaq davam edir.

XƏBƏR LENTİ