Ögey ata ağlayan körpəni vəhşicəsinə öldürdü

45 14-07-2023, 12:48 Hadisə

Ögey ata ağlayan körpəni vəhşicəsinə öldürdü

İrkustk vilayətində 20 yaşlı oğlan 1 yaş yarımlıq ögey oğlunu öldürüb.
Altv1.info.az-bildirir ki, hadisə iyulun 10-da səhər saatlarında İrkutsk vilayətinin Kuytun rayonunun Kuytun kəndində baş verib. Sevgilisinin bir yaş yarımlıq uşağı ilə tək qalan oğlan ağladığı üçün körpənin başına bir neçə zərbə vurub. Daha sonra əli ilə ağzını və burnunu bağlayaraq uşağı boğub. Bu isə onun mexaniki asfiksiyadan ölümünə səbəb olub.
Belə ki, oğlan axşam evə sərxoş gəlib və uşağın ağlaması onun yatmasına mane olub.
Şübhəli şəxs dindirilmə zamanı günahını tamamilə etiraf edib və qətli necə törətdiyini istintaqa göstərib.
Hazırda cinayət işi açılıb və araşdırma aparılır.

Altv1.info.az

XƏBƏR LENTİ