Bəxtiyar Abbasovun oğlu Avropa kubokunda medal qazandı - Foto

476 23-10-2023, 10:30 İdman

Bəxtiyar Abbasovun oğlu Avropa kubokunda medal qazandı - Foto

Tanınmış idmançı, Vətən müharibəsi iştirakçısı Bəxtiyar Abbasovun oğlu, “Qəbələ” İdman Klubunun üzvü Mehdi Abbasov Latviyanın paytaxtı Riqada keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa kubokunda bürünc medal qazanıb.
Altv1.info.az xəbər verir ki, o, 81 kq çəki dərəcəsində fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Qeyd edək ki, Mehdi Abbasovun atası Bəxtiyar Abbasov MMA döyüşçüsü olub. O, 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak edib.




Altv1.info.az

XƏBƏR LENTİ