Çayxanada dostları ilə çay içən kişi ov tüfəngi ilə güllələndi

176 21-11-2024, 21:02 Kriminal


Elazığda M.B adlı şəxs dostları ilə çayxanada oturarkən Y.P adlı şübhəli ona ov tüfəngi ilə atəş açaraq xəsarət yetirib.

Altv1.info.az türk mediasına istinadən xəbər verir ki, hadisə Rüstəmpaşa məhəlləsində baş verib.

Məlumat üzrə hadisə yerinə təcili tibbi yardım və polis sövq edilib.

Xəstəxanaya aparılan M.B-nin vəziyyətinin yaxşı olduğu bildirilib.

Y.P polis tərəfindən saxlanılıb. Onun bu əməli niyə törətdiyi hələlik məlum deyil.

Faktla bağlı istintaq başladılıb.

XƏBƏR LENTİ