Muğanlı-Qəbələ yolundakı qəza ilə bağlı rəsmi açıqlama - Foto

544 8-08-2023, 15:03 Kriminal

Muğanlı-Qəbələ yolundakı qəza ilə bağlı rəsmi açıqlama - Foto

Bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı –Qəbələ avtomobil yolunda qəza baş verib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Altv1.info.az “Qafqazinfo”ya istinadən bildirilib ki, hərəkətdə olan avtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yolun kənarındakı torpaq əraziyə daxil olub
“Hadisə nəticəsində 1 qadın və 1 azyaşlı yüngül xəsarət alıb. Avtobusun aşması barədə yazılanlar isə həqiqəti əks etdirmir. Faktla bağlı araşdırma aparılır”, - rəsmi məlumatda bildirilib.
Qeyd edək ki, hadisə ilə bağlı yayılan məlumatlarda qəzaya düşən avtobusda çox sayda turistin yaralandığı iddia olunurdu.




Altv1.info.az

XƏBƏR LENTİ