Azərbaycan XİN Əfqanıstana başsağlığı verdi

41 8-10-2023, 09:30 Siyasət

Azərbaycan XİN Əfqanıstana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstanda baş verən zəlzələ ilə bağlı başsağlığı verib.
Altv1.info.az xəbər verir ki, XİN bununla bağlı "X" hesabında paylaşım edib:
"Əfqanıstanın Herat şəhərində yüzlərlə insanın həyatına son qoyan dağıdıcı zəlzələ xəbəri dərindən kədərləndi. Bu faciədə həlak olanların ailələrinə başsağlığı veririk. Fikirlərimiz və dualarımız Əfqanıstan xalqının yanındadır", - deyə XİN-dən bildirilib.

Altv1.info.az

XƏBƏR LENTİ