Fransa səfiri ölkədən çıxarıla bilər? - AÇIQLAMA

18 10-01-2024, 09:30 Siyasət

Fransa səfiri ölkədən çıxarıla bilər? - AÇIQLAMA

"Fransanın indiyə qədər atdığı addımlar, birmənalı ermənipərəst mövqe nümayiş etdirməsi Fransanın bütün diplomatik normaları aşmağı deməkdir. Bütövlükdə Fransanın Azərbaycanın ərazi bütövlüyünü şübhə altına salan siyasi addımları, 30 il ərzində işğalçıları dəstəkləməsi, post işğal dövründə Azərbaycanın apardığı haqlı mübarizəni gözdən salmaq üçün dəridən-qabıqdan çıxması bu ölkənin diplomatik mənada münasibətlər qura bilmədiyinin göstəricisidir. Eyni zamanda Azərbaycanın yaratdığı reallıqları qəbul edə bilməməyi , özəlliklə Makron hakimiyyəti dövründə Fransanın bütün siyasi xəttinin Ermənistan maraqlarına verilməyi ilə nəticələnir".

Bu sözləri Sonxeber.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib. O bildirib ki, iki ölkə arasında əlaqələrin pisləşməsinin ən böyük günahları Fransadır:

"Çünki Azərbaycan Fransa ilə münasibətləri heç vaxt zədələyəcək addımlar atmayıb. Bu gündə biz görürük ki, Fransanın Azərbaycanla danışıq dili, ritorikası qəbuledilməzdir. Fransanın özü Azərbaycan ilə münasibətləri korlamaqla böyük iqtisadi-siyasi dividendlərdən özünü məhrum etmiş olur. Bölgənin əsas gücü Azərbaycandır. Azərbaycan kimi bir ölkə ilə münasibətləri korlamaq və özünü Avropanın aparıcı ölkəsi kimi təqdim etməyə çalışmaq ədalətsizlikdir. Fransa onsuz neomüstəmləkəçi siyasəti ilə bütün dünyada nüfuzunu itirmiş bir ölkədir. Dünya Fransanın etdiyi haqsızlıqlara göz yumarkən, Azərbaycan Fransa istilasına qarşı Fransanın neomüstəmləkəçilik siyasətinə qarşı qlobal Bakı Təşəbbüs qrupuna rəhbərlik edir".

Politoloqun sözlərinə görə, Fransa səfirliyinin iki əməkdaşının diplomatik normaları tamamilə pozaraq Azərbaycan əleyhinə casus- kəşfiyyat fəaliyyətini təşviq etməsi ilə bağlı ortada konkret faktlar var:

"Martin Ryanın həbsi onu göstərir ki, Fransa Azərbaycana qarşı təkcə üzdə deyil, arxa planda da hansısa qəbuledilməz addımlar atıb. Fransa buna qarşı çox cılız bir mövqe ortaya qoyaraq səhvini etiraf etmək yerinə, Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşını heç bir arqument olmadan ölkədən çıxartmağa çalışdı. Yəni bütün bu faktorlar və münasibətlər onu göstərir ki, Fransanın Azərbaycan ilə münasibətləri daha da zədələnir. Konkret olaraq Azərbaycan inanmıram ki, Fransa səfirini ölkədən çıxartsın. Hər halda ola bilər ki, hansısa diplomatik məsləhətləşmələr üçün hər iki ölkə səfirlərini geri çağıra bilər. Amma səfirin ölkədən çıxarılacağı həddinə çatacağını düşünmürəm".

Altv1.info.az

XƏBƏR LENTİ