“Bu halda İsveçin NATO-ya daxil olmasına razı olmayacağıq” - Kurtulmuş

14 22-06-2023, 10:20 Siyasət

“Bu halda İsveçin NATO-ya daxil olmasına razı olmayacağıq” - Kurtulmuş

“İsveç öhdəlikləri yerinə yetirməsə, NATO-ya daxil olmasına razı olmayacağıq".
Altv1.info.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib.
O bildirib ki, Ankara İsveçin terrorla mübarizədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyir.
“İsveçdə antiterror qanununun qəbulunu müsbət qarşılayırıq, lakin onun həyata keçirilməsi üçün konkret addımlar lazımdır. Bu, Türkiyənin ədalətli tələbidir. Əks halda, İsveçin ərizəsi təsdiq edilməyəcək”, - deyə TBMM sədri vurğulayıb.

XƏBƏR LENTİ