Ermənistan Sloveniyaya daşqınların nəticələrinin aradan qaldırılması üçün dəstək təklif edib

351 29-08-2023, 10:30 Siyasət

Ermənistan Sloveniyaya daşqınların nəticələrinin aradan qaldırılması üçün dəstək təklif edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Sloveniyanın vitse-prezidenti və xarici işlər naziri Tanya Fajonla görüşüb. Görüş Sloveniyada keçirilən Bled Strateji Forumu çərçivəsində baş tutub.
Altv1.info.az xəbər verir ki, görüş zamanı həmsöhbətlər Ermənistan və Sloveniya arasında ikitərəfli əməkdaşlıq məsələlərinə, həyata keçirilən proqramlara toxunub, ikitərəfli siyasi dialoqun aktivləşdirilməsi üçün addımlar atmağa hazır olduqlarını bildiriblər.
Mirzoyan Ermənistanın Sloveniya xalqı ilə həmrəy olduğunu bildirib və təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında dəstək verməyə hazır olduğunu bildirib. O, təbii və texnogen fəlakətlərin aradan qaldırılması üçün adekvat cavab tədbirlərinin və addımların vacibliyini vurğulayıb.
Ermənistan-Avropa İttifaqı tərəfdaşlığı və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq haqqında da fikir mübadiləsi aparılıb.
Ermənistan və Sloveniya xarici işlər nazirlərinin görüşünün gündəliyində regional təhlükəsizlik məsələləri də yer alıb.

Altv1.info.az

XƏBƏR LENTİ