İş adamı Famil Bağıyevin Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevə və Azərbaycan xalqına təbriki

2 660 19-10-2023, 12:00 Sosial

İş adamı Famil Bağıyevin Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevə və Azərbaycan xalqına təbriki

O da hər kəsə bəllidir ki, bu işıqlı dünyaya göz açan hər Adəm övladının bir ömür payı, rangarəngliklərlə dolu həyat yolları olur. Yaxşı hal odur ki, hər kəs yaşadığı ömür yollarında atdığı addımları ilə silinməz izlər buraxsın, hər kəsin qəlbində özünə qarşı rəğbət hissi, sevgi duyğusu formalaşdıra bilsin. Hətta, həmin şəxslə bağlı hansısa ünvanda, hansısa çevrədə söz-söhbət düşərsə, müəyyən müzakirələr aparılarsa, o halda həmin şəxsin adı hörmətlə, izzətlə çəkilsin, atdığı addımlar hər kəsin xatirəsində silinməz izlər də buraxsın. Belə bir halın varlığı, məhz qururlu iradəsi, müdrik düşüncəsi ilə fərqlənən, əxlaqı və əqidəsi saf amallar üzərində formalaşan hər bir Vətən övladı üçün əvəzolunmaz dəyərdir, sanki bir kamillik nümunəsidir. Haqqında söhbət açdığımız, eyni zamanda atdığı addımları ilə çoxsaylı insanların sevgisini qazanmağa nail olmuş, qəlbində Vətəninə, xalqına qarşı zaman-zaman sevgi hissi gəzdirmiş insanlardan biri də, Famil Bağıyevdir. Bu şəxs İsmayıllı rayonunun Mollaisaqlı kənd sakinidir.Altv1.info.az ın Əldə etdiyimiz məlumatlara görə o, indiyə kimi yaşadığı ömür yollarında elə bir silinməz izlər buraxıb ki, bu gün də onun atdığı addımları nə untmaq, nə də ki, yaddaşlardan silmək heç cür mümkün deyil. Bəli, bu cür halın varlığı əvəzsiz dəyərdir, hər kəsin adı çəkilən bu şəxsə qarşı bəslədiyi insani münasibətin varlığıdır.
Onu da bildirək ki, Famil Bağıyev olduqca xeyirxah bir insandır. O, indiyə kimi hər kəsə kömək əlini uzatmış, çoxsaylı insanlara məxsus problemlərin həlli ilə də məşğul olmuşdur. Məsələn, əldə etdiyimiz məlumatlara görə, bu şəxs imkanı daxilində öz kəndlərində, hətta ətraf yaşayış məntəqələrində yaşayan neçə-neçə tələbələrin təhsil haqlarının ödənilməsinə, kənd qəbristanlığına su boru xəttinin çəkilməsinə yardım etmiş, daha çox ehtiyacı olan hər kəsə, o cümlədən xəstələrə, əlillərə, veteranlara, maddi sıxıntılar içində yaşayan ailələrə və s. dayaq olmuşdur.
İş adamı Famil Bağıyev Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevə və Azərbaycan xalqına təbriklərini bildirir

Altv1.info.az

XƏBƏR LENTİ