Yasamalda konfrans keçirildi - Fotolar

771 1-11-2023, 11:00 Sosial

Yasamalda konfrans keçirildi - Fotolar

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar bu gün Yasamal rayon Heydər Əliyev Mərkəzində “Tarix yazan əbədiyaşar lider” adlı rayon konfransı keçirilib.
Altv1.info.az xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri Elnur Allahverdiyev, Ülvi Quliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və digər rəsmi və ictimai şəxslər iştirak ediblər.
İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova ulu öndərin bir tarixi şəxsiyyət kimi Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən danışdı.Təravət Muradova qeyd edib ki, Azərbaycan dövlətinin təşəkkül və inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu əvəzsizdir. Ulu öndər Azərbaycanın müasir tarixinin şanlı səhifəsini açıb.
Tədbir çərçivəsində Ulu Öndərə həsr edilmiş sənədli filmə baxış keçirilib.
Daha sonra tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri Azad Rzayev ulu öndərin tarixi xidmətlərindən danışıb.
Qeyd olunub ki, biz Heydər Əliyev irsini öyrənməli və gələcək nəsillərə ötürməliyik. Bildirilib ki, bütün tarixi mərhələlərdə ulu öndər hər zaman Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutub.

Altv1.info.az

XƏBƏR LENTİ