Bəzi ərazilərdə yağış, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA

767 8-11-2023, 11:00 Sosial

Bəzi ərazilərdə yağış, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA

Noyabrın 8-i saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb, Şahdağda qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Tovuzda 26 m/s, Göyçay, Naftalanda 21 m/s, Ağstafada 20 m/s, Beyləqan, Gəncədə 18 m/s, Mingəçevirdə 17 m/s, Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə külək 24 m/s-dək güclənib. "Neft Daşları" stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,4 metrə çatıb.
Qobustanda 32 mm, Astara, Lənkəran, Quba, Qusar, Şahdağ, Tərtər, Zərdab, İmişli, Cəfərxan, Neftçala, Yardımlıda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək yağış olub.
Noyabrın 7-si saat 15:24-də Qobustan rayonu ərazisinə xırda ölçülü dolu düşüb.
Noyabrın 8-i gündüz və 9-da ölkə ərazisində hava şəraitinin sabit, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Altv1.info.az

XƏBƏR LENTİ