Bakıda evdən qızıl oğurlayan dəstə tutuldu

612 23-11-2023, 11:30 Sosial

Bakıda evdən qızıl oğurlayan dəstə tutuldu

Bakıda evdən oğurluq edilib.
noyabrın 20-nə keçən gecə Biləcəri qəsəbəsində evlərin birindən 4700 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Hacıqabul rayon sakini Mirkamal Ağayev, Sabirabad rayon sakini Məhəbbət İslamov, Xaçmaz rayon sakini Emin Rüstəmov və Astara rayon sakini, əvvəllər məhkum olunmuş Amil Nəsirov saxlanılıblar.
Araşdırma aparılır.

Altv1.info.az

XƏBƏR LENTİ