Şəmkirdə vəzifəli şəxs cəzalandırıldı

598 25-11-2023, 11:00 Sosial

Şəmkirdə vəzifəli şəxs cəzalandırıldı

Sanitar-gigiyena qaydalarının pozulmasına görə Şəmkirdə vəzifəli şəxs barəsində protokol tərtib olunub.
Altv1.info.az DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, sanitar-gigiyena qaydalarının pozulmasının qarşısının alınması, ətraf mühitin mühafizəsi tələblərinin gücləndirilməsi məqsədilə polis və ETSN-in regional idarəsi tərəfindən birgə tədbirlər keçirilib.
Tədbirlər zamanı Şəmkir rayon Çaparlı kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması aşkar edilib.
Aşkar edilmiş faktla bağlı vəzifəli şəxs (bələdiyyə sədri) barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
Bu kimi halların qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir

Altv1.info.az

XƏBƏR LENTİ