Azərbaycan Qəzzaya yardım üçün 2 milyon dollar vəsait ayırıb

20 28-12-2023, 09:30 Sosial

Azərbaycan Qəzzaya yardım üçün 2 milyon dollar vəsait ayırıb

Azərbaycan Qəzzaya yardım üçün 2 milyon dollar vəsait ayırıb.

Sonxeber.az bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan humanitar məsələlərə xüsusi diqqət göstərib: "Türkiyədəki zəlzələdə, eləcə də Ukraynaya göstərilən yardım Azərbaycanın humanitar siyasətinə nümunədir. Bununla yanaşı, Azərbaycan Qəzzaya yardım üçün 2 milyon dollar vəsait ayırıb. Bundan başqa, Afrikanın kiçik ada dövlətlərinə COVID-19 çərçivəsində iki qlobal çağırış elan edilib və Azərbaycan hər çağırışa 1 milyon dollar yardım ayırıb".

Altv1.info.az

XƏBƏR LENTİ