İş yerlərinin önündə pulsuz parklanma niyə hamiya aid deyil? - VİDEO

19 25-01-2024, 09:00 Sosial

İş yerlərinin önündə pulsuz parklanma niyə hamiya aid deyil? - VİDEO

İş yerlərinin önündə maşın park etmək pulsuz olsa da, bu xarici vətəndaşlara aid deyil. Məsələ qanuni dayanma yeri "Azparking"in ərazisindən gedir.

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı iş adamı, stilist Anar Ağakişiyev açıqlama verib. Onun sözlərinə görə , bu sahədə başqa boşluqlar var. Məsələn iş yerinin qarşısında park etdiyi
üçün aylıq 400 manatdan çox pul verir:

"Düşünün ki, saatı 1 manatdan gündə 12-13 saatdan hesablasaq bu böyük bir məbləğ edir. Özəlliklə, pandemiyadan sonra gözəllik sektoru çökmüş vəziyyətdədir. Vergisi və sosial məsələləri üst-üstə yığsaq bu nə dərəcədə doğrudur? Onda belə çıxır ki, mənim kimi şəxslər müəssisəni bağlayıb qoymalıyıq. Çünki bu artıq problem yaradır.

Anar Ağakişiyev bildirib ki, Azərbaycanda 10 minlərlə xarici ölkə vətəndaşı yaşayır. Bu üsulun isə onlara tətbiqi iş sektorunda problemin daha da dərinləşməsinə gətirib çıxarır:

Ətraflı "Xəzər Xəbərin"in süjetində:



Altv1.info.az

XƏBƏR LENTİ